. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Tural İbadlı Maliyyə-Biznes | HiTech 06 yanvar 2024
“Azericard”ın sistemi çökdü - banklar xidmət göstərməyi dayandırdı Artıq bir neçə saatdır ki, Azərbaycanda onlayn pul köçürmələri, nağdsız ödənişlər və bir sıra digər bank əməliyyatları zamanı problemlər yaşanır.
NewsCafe xəbər verir ki, problemə səbəb "Azericard" prosessing mərkəzinin sistemində yaranan nasazlıqdır.
Artıq şirkət bununla bağlı öz müştərilərinə məlumat da göndərib.
"Azericard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb.
Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq.
Müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınıza görə təşəkkür edirik!"-deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bununla yanaşı adıçəkilən prosessing mərkəzinin xidmətlərindən istifadə edən "Rabitə Bank" və "Bank Respublika" ASC-lər də yaranan nasazlıq bağlı müştərilərinə xəbərdarlıq mesajı göndəriblər.
xatırladaq ki, hazırda "Azericard" ölkədə olan 16 kommersiya bankına müxtəlif xidmətlər göstərir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031