. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb

Tural İbadlı Səhiyyə 25 dekabr 2023
0
Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin nəzarəti altında M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ilk dəfə olaraq azyaşlı üzərində torakal cərrahiyyə əməliyyatı icra edilib.
Tibb müəssisəsinə yerləşdirilən 2 yaş 3 aylıq uşaq üzərində ağciyərlərin pnevmoniyası sonrası destruktiv dəyişiklik və ağciyər absesi səbəbilə mürəkkəb əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı nekroza uğramış orta və alt paylar, üst payın nekrotik hissəsi çıxarılıb, ağciyər üst payda olan bronx açıqlığı ləğv edilib.
Əməliyyatı tibb müəssisəsinin uzman uşaq cərrahı Anar Cəfərov, uşaq anestezioloqu Könül Namazova, Kliniki Tibbi Mərkəzdən dəvət olunan uzman uşaq cərrahları Anar Qurbanov və Aynur Qurbanova birlikdə icra ediblər.
Artıq körpə süni tənəffüs aparatından ayrılıb, hazırda həkim müşahidəsi altındadır, vəziyyəti stabildir.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031