. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Tural İbadlı Mədəni-Niyyət 17 noyabr 2023
0
CinemaPlus Bakıxanov Mall-da uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO-VİDEO “Bakıxanov Mall” ticarət mərkəzində yerləşən yeni “CinemaPlus” premium kinoteatrda uşaqlar üçün bayram tədbiri keçirilib.
Balaca qonaqlar və onların valideynləri “Happy Foodss” restoranında şam etdikdən sonra, animatorlar Nail Nəzərov və Yelena Bahabova uşaqlar üçün əyləncə proqramına başladılar.
Tədbir “Kəpənək hekayəsi” cizgi filminin nümayişi ilə başa çatıb.
Rejissor Sofi Roy. Rolları Mena Massud, Tatyana Maslani, Tristan D. Lalla və başqaları ifa ediblər.
Patrik çox qeyri-adi bir güvədir. O, çox ağıllı ixtiraçıdır. Eyni zamanda o, həyatının ən uzaq, ən həyəcanlı macərasına getməyi xəyal edir. Lakin Patrik uçmağı öyrənməyib, çünki uşaqlıqdan onun yalnız bir qanadı var. Buna görə o, hiylələrə, cəsarətli ixtiralara və sadiq dostların köməyinə müraciət etməli olacaq. Heç bir şeydə dayanmayacaq, səmada çırpınmaq və nəhayət, dünyanı yuxarıdan görmək arzusundan əl çəkməyəcək.
Tədbirin təşkilində Bakıxanov Mall Ticarət Mərkəzində yerləşən “Happy Foodss” restoranı, foto və video “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.























































Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930