. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Tural İbadlı HiTech 31 oktyabr 2023
"Bakcell" Əhmədlidə yeni mağaza açıb - FOTO Ölkənin ən böyük özəl mobil operatoru olan "Bakcell" yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb.
"Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən yeni mağazada modern atmosfer, müasir standartlara cavab verən elektron növbə sistemi ilə yanaşı, abunəçilərin "Bakcell"in məhsulları ilə yaxından tanış ola biləcəkləri elektron guşədə əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.
Mağazada premium zəng xidməti olan VoLTE-nin aktivləşdirilməsi, yeni nəsil SİM texnologiyası – eSim satışı, tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə yanaşı 10 növdən çox xidmət təqdim olunur.
“Bakcell" olaraq hər zaman innovasiyanın və rəqəmsallaşmanın gücünə inanmışıq. "Əhmədli" filialımız da bu gücü sizə daha yaxın etmək üçün bir vasitədir. Sərhədləri aşaraq innovativ yenilikləri sürətlə ölkənin hər nöqtəsinə çatdırmaq əsas hədəflərimizdən biridir”, - deyə "Bakcell"in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
Ölkənin dörd bir yanında “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.





Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031