. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib

Tural İbadlı Səhiyyə 30 oktyabr 2023
0
Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib Qazimiz Oğuz rayonunun, Padar kənd sakini, 1998-ci il təvəllüdlü Zakirov Ramin Emin oğlu TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib.
Ramin Zakirov xəstəxananın II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən müayinə edilib, xəstəyə kəskin appendisit diaqnozu qoyulub. Xəstəyə appendektomiya cərrahi əməliyyatı həkim cərrah Sahib Hüseynov tərəfindən icra olunub. Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova və II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynova öz minnətdarlığını bildirib.
Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Ramin Zakirov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zakirov “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031