. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Tural İbadlı HiTech 24 oktyabr 2023
Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb - FOTO Azərbaycanın Elm və Təhsil Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) və Cənubi Koreyanın "Daejeon" Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
"NewsCafe" YTP-yə istinadən xəbər verir ki, sənədə Bakıda keçirilmiş görüş çərçivəsində imza atılıb.
Görüşdə çıxış edən YTP-nin baş direktoru Vasif Abbasov texnoparkın əsas fəaliyyət istiqamətləri, burada yaradılmış müasir laboratoriyalar haqqında məlumat verib. O, burada 12 rezident və 2 inkubator-rezidentin fəaliyyət göstərdiyini bildirib.
V.Abbasov "Daejeon"un aid olduğu Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə əməkdaşlığın 2017-ci ildən bu günə qədər uğurla davam etdiyini diqqətə çatdırıb. Baş direktor iki qurum arasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin icra olunduğunu bildirərək STEPI-nin Azərbaycanda texnologiyaların transferinə və elmin kommersiyalaşdırılmasına dəstək verdiyini vurğulayıb.
Görüşdə elmi tədqiqatların nəticələrinin istehsalatda tətbiqi, elm və biznesin transferi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonda Koreyanın "Daejeon" Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzinin STEPİ vasitəsilə YTP ilə əməkdaşlıq qurması imkanları müzakirə edilib. Mərkəzlə YTP arasında startaplar istiqamətində əməkdaşlığın aparılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Sənədi V.Abbasov və Mərkəzinin direktoru Dae Hee Park imzalayıblar.
STEPI-nin nümayəndə heyəti Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində sabah keçiriləcək forumda iştirak üçün ölkəmizdə səfərdədir.









Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031