. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Tural İbadlı Daxili xəbərlər 20 oktyabr 2023
0
"Qərbi Azərbaycanın tarixi və mədəni irsi” adlı respublika elmi konfransı keçirilib - FOTO Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi tərəfindən keçirilən “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransı təşkil olunub.
Konfransın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artmasına, elmi ictimaiyyətin aktivləşməsinə, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhvə vermək, əldə olunan elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyətin məlumatlandırılmasıdır.
Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda tədqiqatçılar tərəfindən konfransın təşkilat komitəsinə göndərilmiş məqalələr aşağıdakı mövzuları əhatə etmişdir:
1. Qərbi Azərbaycan Azərbaycan türkünün əzəli yurd yeridir ( tarixi-mədəi aspektdə)
2. Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizmi
3. İrəvan – Qərbi Azərbaycanın ən böyük şəhərinin faciəli taleyi (tarixi-mədəni aspektdən)
4. Qərbi Azərbaycan mədəniyyəti
5. Qərbi Azərbaycanın türk mənşəli toponimləri
6. Qərbi Azərbaycan ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsi
Konfrans çərçivəsində keçirilən plenar iclasda konfransın bölmələrinin işi və alınan nəticələr müzakirə edilmiş, məruzələr dinlənilmişdir. Məruzələr elmi toplu şəkilində nəşr olunaraq konfrans iştirakçılarına paylanmışdır.
Konfransin əsas nəticələrindən biri də o olacaq ki, hazırlanan nəşr məhsulları vasitəsi ilə maarifləndirmə işi davamlı olacaq, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətdə təşəbüsslər artacaq. Layihə çərçivəsində “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda hazırlanan elmi məqalələr toplusu konfrans iştirakçılarına paylanmışdır.
Konfransın işində Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, müxtəlif elmi müəssisələrin rəhbərləri, rəsmi şəxslər, ictimai birlik rəhbərləri, tədqiqatçılar iştirak etmiş və məruzələrlə çıxış etmişlər.







Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031