. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

Tural İbadlı HiTech 01 oktyabr 2023
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə "Bakcell" şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.
Şirkətdən "NewsCafe"yə verilən məlumata əsasən, "Bakcell"in şəbəkəsi Ağdərə və Xocalı da artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.
Burada quraşdırılmış baza stansiyaları ilə Bakcell şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.
Bakcell şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcəkdir.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031