. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Şagird İKT İnstitutunun dəstəyi ilə süni intellekti araşdırdı

Tural İbadlı Elm-Təhsil 11 sentyabr 2023
Şagird İKT İnstitutunun dəstəyi ilə süni intellekti araşdırdı Məlum olduğu kimi, İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri də informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və gənclərin elmə cəlb edilməsidir.
Bu istiqamətdə görülən işlərdən biri də bilik olimpiadalarında, müxtəlif təhsilyönümlü layihələrdə iştirak edən istedadlı şagirdlərə dəstəyin göstərilməsidir. İnformasiya Texnologiyaları İnstitutunun süni intellektə, xüsusilə təbii dilin emalı və dərin təlim texnologiyalarına böyük maraq göstərən Landau Məktəbinin 11-ci sinif şagirdi Mehdi Rəsula elmi tədqiqatların aparılmasında hamilik etməsi də bu qəbildəndir.
İnstitut istedadlı yeniyetmə Mehdi Rəsulun süni intellekt texnologiyalarının ən aktual, aktiv tədqiq olunan sahələrindən biri olan təbii dilin emalı problemlərinə marağını nəzərə alaraq, onun bu sahədə araşdırma aparmasına dəstək olub. Nəticədə Mehdi Rəsul tərəfindən hazırlanan “Comparative analysis of machine learning algorithms for sentiment analysis of texts in Azerbaijani and English” (“Azərbaycan və ingilis dillərində mətnlərin sentiment analizi üçün maşın təlimi alqoritmlərinin müqayisəli təhlili”) adlı məqalə İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Technology” elmi-praktiki jurnalında dərc olunmuşdur. Məqalədə Azərbaycan və ingilis dillərindəki mətnlərin sentiment analizi üçün müxtəlif maşın təlimi alqoritmlərinin müqayisəsi aparılmışdır. İngilis və Azərbaycan dilli mətnlər üçün alınmış nəticələrin analizi göstərmişdir ki, təbii dilin emalında, xüsusilə mətnlərin sentiment analizində yüksək dəqiqlik əldə etmək üçün milli dil korpuslarının böyük əhəmiyyəti vardır.
Qeyd etmək lazımdır ki, gənc tədqiqatçı Python, Numpy və jаvascript kimi proqramlaşdırma dillərini dərindən mənimsəmişdir. O, həmçinin “Cisco Networking Academy”, “Python Institute”, “Computing Technology Industry Association” (CompTIA) və s. kimi beynəlxalq İT korporasiyaların proqramlarını uğurla başa vurduğuna görə bu təşkilatların müvafiq sertifikatları ilə təltif olunmuşdur.
M.Rəsul 2021 və 2022-ci illərdə “CyberMath Academy” onlayn platformasının təşkil etdiyi müsabiqənin qalibi, 2022-ci ildə Amerika Riyaziyyat Olimpiadasının iştirakçısı olub.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930