Kəmaləddin Heydərovun "Gilan Holding"i ləğv edildi

Tural İbadlı Maliyyə-Biznes 30 avqust 2023
0
Kəmaləddin Heydərovun "Gilan Holding"i ləğv edildi Bu ilin iyul ayında "Gilan Holding" MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" MMC ləğv olunduğunu elan edib.
"NewsCafe" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.
"Xəzri Solutions" cəmi 160 manat nizamnamə kapitalına malikdir. Ona Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.
Xatırladaq ki, "Gilan Holding" 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, "Gilan Holding" Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olub.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031