. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

Tural İbadlı HiTech 30 avqust 2023
"Bakcell" parkinq ödənişlərini sürətli etdi "Bakcell" şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb.
Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər.
Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən başlayır.
"Bakcell" abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. Parkinqdən çıxarkən isə, “stop” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək kifayətdir.
Korporativ abunəçilər isə ödənişi yalnız "AzParking" mobil tətbiqi vasitəsilə, həyata keçirə bilərlər.
"Bakcell" şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031