Tural İbadlı Turizm 23 avqust 2023
0
Şahdağda Motosiklet Festivalı təşkil edilib - FOTO Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ Motosiklet Festivalı” keçirilib.
Bu barədə "NewsCafe"yə Mərkəzdən məluma verilib.
Şahdağda ilk dəfə olaraq baş tutan festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar qatılıb. İki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə iştirak ediblər.
Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motisiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.
Öz bacarıqları və istedadları ilə seçilən qaliblər sonda münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.
Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər də keçirilib.
Həm yerli, həm də əcnəbi qonaqları tərəfindən böyük maraqla qarşılanan festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou proqramlar təşkil edilib.




















Oxşar xəbərlər
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031