Fazil Mustafa əlillik almaq üçün müraciət edib

Tural İbadlı Sosial təminat 21 avqust 2023
0
Fazil Mustafa əlillik almaq üçün müraciət edib Bir müddət əvvəl terror hücumuna məruz qalaraq yaralanan Milli Məclisin deputatı Fazil Mustafa əlillik dərəcəsi almaq üçün müraciət etdiyini açıqlayıb.
"NewsCafe"nin "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, deputat bu barədə TV Müsavat-ın efirində yayımlanan “Canlı Debat” verilişinin qonağı olarkən danışıb.
Deputat əlillik almaq üçün müraciət etdiyini, hələlik hər hansı yenilik olmadığını bildirib.
F.Mustafa qeyd edib ki, bu məsələ (red-terrorara məruz qalması) 3-5 gün televiziyada müzakirə aparmaqla yekunlaşdı, amma bu, yanlış idi:
“Bu, sabah Azərbaycanda irəliyə gedən proses olacaq. Onda hamı ilk mənbəyə qayıdacaq ki, biz harada səhv etdik, boşluq buraxdıq. Bunu təkcə polisin əziyyətinə, onun öhdəsinə buraxmaq olmaz, bununla cəmiyyət olaraq mübarizə aparmalıyıq”.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031