İsa Həbibbəylinin adı Heydər Əliyev Mükafatı Komissiyasının tərkibindən çıxarılıb

Tural İbadlı Rəsmi xəbərlər 28 iyul 2023
0
İsa Həbibbəylinin adı Heydər Əliyev Mükafatı Komissiyasının tərkibindən çıxarılıb Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.
"NewsCafe"nin xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə Fərmanın 1-ci hissəsinin “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və “Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilib.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31