Yevlaxın keçmiş icra başçısı azadlığa buraxılıb

Tural İbadlı Məhkəmə 26 iyul 2023
0
Yevlaxın keçmiş icra başçısı azadlığa buraxılıb Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmə Q.Səmədovun xəstəliyi ilə əlaqədar olaraq cəzasının çəkilməmiş hissəsindən azad edib.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
O, həbsdə olduğu müddətdə 4 dəfə ürəyindən əməliyyat edilib.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31