İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib

Tural İbadlı Rəsmi xəbərlər 26 iyul 2023
0
İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu ünvanlayıb.
"NewsCafe" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Oxşar xəbərlər
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31