Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanla bağlı göstəriciləri açıqladı

Tural İbadlı Maliyyə-Biznes 30 may 2023
0
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanla bağlı göstəriciləri açıqladı Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da sahibkarlara 40 369,3 min manat kredit verilib.
"NewsCafe" xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Səlahiyyətli nümayəndə digər iqtisadi göstəricilərini də açıqlayıb və qeyd edib ki, son 1 ildə muxtar respublikada orta aylıq əməkhaqqı da 10 % civarında artaraq 586 manatda 645 manata çatıb.
İl ərzində Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri isə 0,6 % artaraq 61 944,5 min manatdan 62 316,2 min manata yüksəlib.
Hesabat dövründə muxtar respublikadakı banklarda əhalinin əmanətlərinin məbləği isə 40,9 % artaraq 11 551,8 min manatdan 16 276 min manata çatıb.
@BusinessTime.Az
Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031