İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tural İbadlı Rəsmi xəbərlər 30 may 2023
0
İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"NewsCafe" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında dəstəyini bundan sonra da əsirgəməyəcək.
Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul edin".
Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031