Tural İbadlı Maraqlı 29 may 2023
0
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olundu - FOTO 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün Azərbaycanda uzun illərdir geniş qeyd edilir. Ölkəmizdə uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.
Artıq üçüncü ildir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də geniş qeyd olunur. Bu il “Azərxalça” ASC, “United Aid For Azerbaijan” (UAFA) təşkilatı və “Mcdonalds” şirkətinin birgə təşkilatçılığı ilə UAFA-nın Yasamalda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda xüsusi tədbirlər, ustad dərsləri təşkil olundu. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış oldu, toxuma prosesində iştirak etdi və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını, xüsusilə Qarabağ xalçalarının ornamentlərini öz təxəyyüllərinə uyğun boyadılar.
Həyata keçirilən tədbir uşaqların sosial reabilitasiyasına töhfə verir. Bu uşaqların bacarıq və özünə inamlarının nümayiş olunması üçün nəzərdə tutulan ustad dərslərinin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, sosiallaşmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətlidir. Məqsəd bu uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə diqqətin göstərməkdir.

“Azərxalça” ASC gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək prosesində hər zaman fəal iştirak edir və inanır ki, xalça dünyasına səyahət edən uşaqlarda xalça toxuma, ornamentləri boyama, rəngli saplarla oynama, xalçaların sirli-sehrli rəngləri də əslində yaxşı reabilitasiya üsuludur.
Hər zaman uşaqların sevincinə rəng qatan McDonald’s Azərbaycan bu il də uşaqlarımızı sevindirdi. Ustad dərsləri bitdikdən sonra uşaqlar üçün təşkil olunmuş bayram McDonald’s filialında davam etdirilib. Uşaqlar burada əylənib öz sevimli menyularını dadaraq gözəl vaxt keçiriblər. McDonald’s Azərbaycan şirkəti öz xeyriyyə tədbirləri ilə cəmiyyətimizdə xüsusi yer tutur və daima bu tipli tədbirlər, müxtəlif sosial layihələr keçirərək öz dəstəyini göstərməkdə davam edir.
Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması və qorunması işıqlı, parlaq və ümidverici gələcəyimizin qarantıdır. Uşaqların istedadının üzə çıxarılması, fiziki məhdudiyyəti olan uşaqların ictimai həyatda fəal iştirakı, inteqrasiya olunması, uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində “Azərxalça” ASC bu tipli tədbirləri il ərzində davam etdirməyi də planlaşdırır.
Uşaqlar gülsün, Dünya gülsün!




















































Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031