Polisin əlindəki bort kompüteri alaraq qaçan sürücünün işi prokurorluğa göndərilib

Tural İbadlı Məhkəmə 25 may 2023
0
Polisin əlindəki bort kompüteri alaraq qaçan sürücünün işi prokurorluğa göndərilib Bərdədə polisin əlindəki bort kompüteri alaraq qaçmağa cəhd edən sürücünün işi prokurorluğa göndərilib.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.
O qeyd edib ki, rayon ərazisində polisin əlindən bort kompüteri alaraq qaçmağa cəhd göstərən Telman Həsənovun barəsində rayon polis şöbəsində toplanmış materiallara müvafiq qaydada baxılması üçün rayon prokurorluğuna göndərilib.
Xatırladaq ki, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "QAZ-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031