Bir sıra dövlət və hökumət başçıları Azərbaycan Prezidentini təbrik edib

Tural İbadlı Rəsmi xəbərlər 25 may 2023
0
Bir sıra dövlət və hökumət başçıları Azərbaycan Prezidentini təbrik edib Bir sıra dövlət və hökumət başçıları Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"NewsCafe" bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təbrik məktubu göndərənlər arasında Filippin Prezidenti Ferdinand Romualdez Markos, Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Rumıniyanın Prezidenti Klaus Verner, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adı yer alıb.
Onlar öz məktublarında Azərbaycan Prezidentini təbrik ediblər və təmsil etdikləri ölkələrlə Azərbaycan Respublikası arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd ediblər.
Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031