Tural İbadlı HiTech 24 may 2023
Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı - FOTO-VİDEO Mayın 19-dan Zəngilan rayonunun Ağalı kəndində yeni Bakcell mağazası fəaliyyətə başlayıb.
Yeni Bakcell mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında Bakcell şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.
Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. "Ağıllı kənd"in gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell şirkəti hazırda Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
[media=UkILbWyNdSo]













Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031