. Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib . . Azərbaycanlı alimlər yenidən Stenford Universitetinin ən nüfuzlu elm adamlarının siyahısına düşüb .

“Starlink” bu tarixdə Azərbaycanda fəaliyyətə başlayacaq

Tural İbadlı HiTech 18 may 2023
“Starlink” bu tarixdə Azərbaycanda fəaliyyətə başlayacaq ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyklərinin Azərbaycan ərazisində fəaliyyətə başlayacağı tarix məlum olub.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, “Starlink” Azərbaycan ərazisində 2023-cü ilin dördüncü rübündə oktyabr-dekabr aylarında xidmət təqdim etməyə başlayacaq.
Hələlik xidmətin və avadanlıqların qiymətləri açıqlanmasa da şirkət depozit qiymətini müəyyənləşdirib.
Belə ki, “Starlink”in peyk xidmətlərindən ilk olaraq istifadə etmək istəyənlər indidən 9 ABŞ dolları (15,3 manat) depozit ödəməsi tələb olunur.
“SpaceX” müştərinin fikrini dəyişdiyi zaman həmin məbləğin geri qayıtmaq imkanı olduğunu bəyan edib. Qeyd edək ki, şirkət fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri "birinci gələnə birinci xidmət" prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.
Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov və "SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.
Xatırladaq ki, “Starlink” qonşu ölkələrdən yalnız Gürcüstanda bu ilin ikinci eübü üçün fəaliyyətini aktivləşdirəcək. Ermənistan və Türkiyədə yaşayanlar üçün bu xidmət 2024-cü ildən əlçatan olacaq. Rusiya və İran isə adıçəkilən qurumun fəaliyyət planlarına daxil deyil.
Əlavğ edək ki, 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031