"Paşa Holdinq"in kadrı Etibar Pirverdiyevin şirkətinə rəhbər təyin edilib

Tural İbadlı Maliyyə-Biznes 18 may 2023
0
"Paşa Holdinq"in kadrı Etibar Pirverdiyevin şirkətinə rəhbər təyin edilib “Azenco” ASC-nin İdarə Heyətinin (İH) sədri Vüqar Əliyev vəzifəsindən azad edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə şirkətin səhmdarları qərar qəbul edib.
Qərara əsasən, onun yerinə Pərviz Hacıyev təyin olunub.
P.Hacıyev Azərbaycan İnşaat Mühəndisləri Universitetinin məzunudur və inşaat mühəndisi ixtisası üzrə təhsil alıb. Əvvəlki illərdə "Buro Veritas", "PMD Group", “PMD Projects", "Advanced İndustrial Solutions" şirkətlərində rəhbər vəzifələrdə əmək fəaliyyəti olmuşdur. 2022-ci ildən etibarən "Azenco" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, "Azenco" "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin şirkəti kimi tanınır.
Oxşar xəbərlər
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031