
“NewsCafe” BusinessTime-a istinadən xəbər verir ki, bununla da bank tarixindəki ən sərt sərtləşmə siyasətinə ara vermiş olur.
Bankın qərarı ilə uçot dərəcəsi 25 faiz bəndi artaraq 5 - 5,25% aralığına çatıb.
Bundan əlavə bəyanatın mətnindən gələcəkdə uçot dərəcəsinin daha da artırılmasına işarə edən bənd çıxarılıb. Bu, 2022-ci ilin martından bəri 10-cu faiz artımıdır. Qərar yekdilliklə qəbul edilib. Bazarlarda 25 baz bəndlik faiz artımı gözlənilirdi. Beləliklə, faiz dərəcələri 2007-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə qalxıb.