Tural İbadlı HiTech 28 aprel 2023
“Bakcell” stendinə azarkeş axını! - FOTO-VİDEO Bakıda “Bakcell” şirkətinin dəstəyi ilə Formula 1 Azərbaycan Qran Prisi başlayıb. “Formula 1” və “Formula 2” üzrə sərbəst yürüşlərin və sıralama turlarının keçirildiyi ilk yarış günü idman həvəskarları Dənizkənarı Bulvar ərazisində qurulmuş “Bakcell” zonasında maraqlı vaxt keçiriblər.
Azneft dairəsində yerləşən “Bakcell” tribunası və tribunanın ətrafında yerləşən Bakcell əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.
Azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirib, eyni zamanda oyun zonasında təşkil olunmuş yarışlarda iştirak edərək şirkətdən hədiyyələr qazanıblar.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Texnologiya ilə əyləncəni bir araya gətirən “Bakcell” stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.











Oxşar xəbərlər
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930