Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Tural İbadlı Rəsmi xəbərlər 25 mart 2023
0
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.
"NewsCafe" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031