• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

"Bakcell”dən rəqəmsal yeniliklər!

Tural İbadlı HiTech 17 mart 2023
"Bakcell”dən rəqəmsal yeniliklər!

"Bakcell" şirkəti rəqəmsal yeniliklərini təqdim edib. Yeni "Bakcell" tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə etməklə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir.

İndi "Bakcell" abunəçiləri müxtəlif xidmətlərdən daha sürətli, asan və heç yerə getmədən istifadə edə biləcəklər.

Yeni "Bakcell" tətbiqi üztanıma texnologiyası, onlayn çat, ödəniş və loyallıq proqramının tətbiq olunduğu çoxfunksiyalı platformadır. Tətbiqdəki üztanıma texnologiyası sayəsində eSIM nömrə almaq və ya mövcud "Bakcell" nömrəsinin eSIM dublikatını çıxarmaq üçün onlayn müraciət etmək kifayətdir.

“Bakcell”in təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq "Bakcell" saytı vasitəsilə nömrə ala, özlərinə uyğun tarif və digər xidmətləri seçə bilərlər.

Yeni rəqəmsal təcrübə ilə www.bakcell.com internet səhifəsində tanış olmaq mümkündür. Tam yeni "Bakcell" tətbiqini 

https://onelink.to/bakcell linkindən həm Android, həm iOS platformalarında işləyən mobil cihazlara yükləmək olar.

Qeyd edək ki, "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031