• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Tural İbadlı Maliyyə-Biznes 17 mart 2023
0
“AZENCO” şirkətinin mənfəəti bölüşdürüləcək, yeni rəhbərliyi seçiləcək - YIĞINCAQ

“AZENCO” ASC səhmdarların növbəti illik ümumi yığıncağını keçirəcək.
Marja xəbəer verir ki, toplantı 3 may 2023-cü il saat 14:00-da Mingəçevir şəhərində yerləşən Dövlət Dram Teatrının binasında baş tutacaq.
Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin idarə heyətinin illik hesabatı;
2. Cəmiyyətin illik hesabatının təsdiqi;
3. Cəmiyyətin müşahidə şurasının hesabatı;
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı;
5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyətəftiş komissiyasının yeni tərkiblərinin seçilməsi;
6. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi;
7. Cari məsələlər.
Qeyd edək ki, “Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən iri həcmli enerji tikinti şirkətidir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031