• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Tural İbadlı İnfrastruktur 14 mart 2023
0
Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır - VİDEO

Laçın Beynəlxalq Hava Limanının tikintisi prosesində dağlıq ərazilərin partlayışlar vasitəsi ilə hamarlaşdırılmasının görüntüləri yayılıb.

NewsCafe xəbər verir ki, kadrları aeroportun uçuş-enmə zolağının inşasını həyata keçirən "AzVirt" MMC yayıb.

Xatırladaq ki, təməli 2021-ci ildə qoyulmuş Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3 000, eni isə 60 metr olacaq.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmert nəzərdə tutulur və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə 6 təyyarə dayanacağı inşa ediləcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Onun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031