• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib

Tural İbadlı Elm-Təhsil 13 mart 2023
AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib.

"NewsCafe" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda, həmçinin AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiya yaradılması qərara alınıb.

Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd edilməsi haqqında qərarlar qəbul edilib.

Sonda AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031