• Bakı
    12°
    2.06 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Tural İbadlı Rəsmi xəbərlər 09 mart 2023
0
Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.

"NewsCafe" xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edildi, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirildi.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunuldu, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulandı.

Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edildi.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031