• Bakı
    12°
    2.06 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

DSX və MTN-nin sabiq əməkdaşına yeni vəzifə verildi

Tural İbadlı Daxili xəbərlər 08 mart 2023
0
DSX və MTN-nin sabiq əməkdaşına yeni vəzifə verildi

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Security" MMC-nin direktoru Seyfulla Abbasov vəzifəsindən azad edilib.
"NewsCafe" "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Tehran Babatova həvalə olunub.
Onun vaxtilə Dövlət Sərhəd Xidmətində və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində çalışdığı bildirilir.
Xatırladaq ki, "ASK Security" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031