. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Tural İbadlı Daxili xəbərlər 25 fevral 2023
0
Beynəlxalq Türk Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

Beynəlxalq Türk Akademiyası Azərbaycan Respublikasının Astanadakı səfirliyi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Bu barədə "NewsCafe"yə AMEA-dan məlumat verilib. Bildirilib ki, Beynəlxalq Türk Akademiyasının ev sahibliyi etdiyi anım tədbirində Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Tədbirdə ölkəmizin Astanadakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin və Akademiyanın üzvləri iştirak ediblər. Anım tədbiri qətliamda həyatını itirən həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Akademik Şahin Mustafayev çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınları haqqında məlumat verib. Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu bildirən akademik qeyd edib ki, günahsız insanların hansı ölkədə olmasından asılı olmayaraq həyatlarını itirməsi böyük fəlakətdir.
“Əminəm ki, beynəlxalq ictimaiyyət dünyanın heç bir ölkəsində günahsız insanlara qarşı bu kimi dəhşətli cinayətlərin törədilməməsi üçün Xocalıda baş verən qanlı hadisələrlə bağlı ədalətli qərar qəbul edəcək. Ümid edirəm ki, bəşəriyyət tarixində belə bir faciəvi hadisə bir daha təkrarlanmayacaq”, - deyə Şahin Mustafayev bildirib.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728