İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

Rəsmi xəbərlər 22 fevral 2023
0
İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.
"NewsCafe"nin xəbərinə görə, başsağlığı mətnində deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728