• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib

Daxili xəbərlər | Ölüm 16 fevral 2023
0
Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.
NewsCafe"nin "Report”a istinadən verdiyi məlumata görə, cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728