
"Bakcell" baş vermiş zəlzələ ilə əlaqədar hazırda Türkiyədə olan abunəçilərini pulsuz danışıq dəqiqələri və internetlə təmin edib.
"NewsCafe" xəbər verir ki, bu barədə şirkət özünün "twitter" hesabında məlumat yayıb.
Qurumun açıqlamasında deyilir ki, müvafiq məlumat abunəçilərə SMS vasitəsilə göndərilir:
"Baş vermiş hadisədə həyatını itirənlərə rəhmət, xəsarət alanlara şəfa diləyirik!".
Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ olub, 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.