• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Şahin Bağırov: “Orta Dəhliz” üzrə yükdaşımalarda tranzit sadələşdiriləcək”

Maliyyə-Biznes 23 yanvar 2023
0
Şahin Bağırov: “Orta Dəhliz” üzrə yükdaşımalarda tranzit sadələşdiriləcək” “Orta Dəhliz” üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi istiqamətində əməkdaşlıq gücləndiriləcək.
NewsCafe”nin Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bunu qurumun sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang ilə görüşdə bildirib.
ÜGT ilə Azərbaycan gömrüyü arasındakı səmərəli və işgüzar əlaqələrdən bəhs edən Ş. Bağırov gömrük sahəsində müasir çağırışların, həllərin və texnologiyaların öyrənilməsində beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb.
O da vurğulanıb ki, gömrük işinin elmi əsaslar, institusional yanaşmalar üzərində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi və təbliğində ÜGT mühüm rol oynayır. Görüşdə gömrük sistemində risklərin təhlili, dəyərin müəyyənləşdirilməsi, məlumatların analiz edilməsi və digər sahələrdə Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirilməsi,
T. Kang təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əlaqələrdən, ÜGT-nin ölkəmizdə yerləşən regional mərkəzlərinin fəaliyyətindən məmnunluqla bəhs edib, əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031