• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Maliyyə-Biznes 23 yanvar 2023
0
Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov yanvarın 26-da saat 11:00-da Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Bu barədə “NewsCafe” komitəyə istinadən xəbər verir.
Vətəndaşların qəbulu Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küç., 27) keçiriləcək.
Bildirilib ki, qəbul zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031