• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Maliyyə-Biznes 16 yanvar 2023
0
AMB sığorta şirkətlərinin cavabını verdi - hüqüuqları yoxdur Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı fəaliyyəti üçün müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.
"NewsCafe" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Belə hallar baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər. bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçının icbari sığorta şəhadətnaməsini satması təmin edilir.
Hazırda icbari avtosığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparır. Qiymətləndirmələrin nəticələri əsasında zəruri addımların atılması davam etdiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031