• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

BDYPİ qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

--- 09 yanvar 2023
0
BDYPİ qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
"Ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edirik. Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar. Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçsinlər. Valideynlərdən xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar, uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməsinlər. Uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil etsinlər. Nəzərə almaq lazımdır ki, belə havalarda tormozlama zamanı avtomobilin yolda sürüşmə ehtimalı var və bu, hansısa bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər", - R.Tağıyev deyib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031