• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Bu ölkələrdən Azərbaycana gətirilən kartofda karantin tətbiq edilən orqanizm aşkar olunub

Səhiyyə 06 yanvar 2023
0
Bu ölkələrdən Azərbaycana gətirilən kartofda karantin tətbiq edilən orqanizm aşkar olunub Rusiya və İrandan idxal olunan kartofda karantin tətbiq edilən orqanizm aşkar olunub.
Bu barədə "NewsCafe"yə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İrandan idxal edilən 23 800 kq, “Baku Fruit Delivery” MMC tərəfindən Rusiyadan idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031