• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb

Qəza 01 yanvar 2023
0
Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə "NewsCafe"yə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə avtomobillərdə olan üç nəfər hadisə yerində keçinib. Müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb.
Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031