Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalıdakı mövqeləri atəşə tutulub

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 22 noyabr 2022
0
Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalıdakı mövqeləri atəşə tutulub

Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə "NewsCafe"yə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930