• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Azərbaycan gələn il bu məqsəd üçün 16 milyon manat xərcləyəcək

Maliyyə-Biznes 22 noyabr 2022
0
Azərbaycan gələn il bu məqsəd üçün 16 milyon manat xərcləyəcək

Azərbaycanın gələn il İsrail, Albaniya və Keniyada açacağı səfirliklərinin, Fələstində açacağı nümayəndəliyinin saxlanılmasına 15,9 milyon manat yönəldilməsi planlaşdırılır.

NewsCafe xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, parlamentin saxlanılması xərclərinin isə 4,1 milyon manat artırılması nəzərdə tutulub. Beləliklə, ümumilikdə 20 milyon manat əlavə xərc gözlənilir ki, bu da Naxçıvana dotasiyanın azaldılması hesabına baş tutacaq. Artıq bu məsələ muxtar respublikanın rəhbərliyi ilə razılaşdırılıb.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930