• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

ADY: "Yeni geosiyasi reallıqları nəzərə alaraq bütün istiqamətlərdə yüklərin vaxtında çatdırılmasını təmin etməliyik"

İnfrastruktur 22 noyabr 2022
0
ADY: "Yeni geosiyasi reallıqları nəzərə alaraq bütün istiqamətlərdə yüklərin vaxtında çatdırılmasını təmin etməliyik"

Azərbaycan, İran və Rusiya arasında yüksək beynəlxalq tranzit potensialı var və onun tam istifadəsi ölkələr üçün yeni imkanlar açır.

NewsCafe xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

O qeyd edib ki, son siyasi hadisələr fonunda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti artıb və bu layihəyə ehtiyac Rusiya, İran və təbii ki, Azərbaycan tərəfindən hiss olunur: “Lakin layihənin həyata keçirilməsi, təbii ki, birgə səylər tələb edir. Bu ilin sentyabrın 9-da Rusiya, Azərbaycan və İranın nümayəndələrinin iştirakı ilə Bakıda ilk üçtərəfli görüş keçirilib və görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bu, marşrutun işə salınması üçün hansı istiqamətlərdə işləməyin vacib olduğunu göstərib. Bundan əlavə, bütün marşrutun nəzərdən keçirilməsi və proseslərin sadələşdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb. Bu, mövcud çatışmazlıqları müəyyən etməyə kömək etməlidir”.

R. Rüstəmov yeni geosiyasi reallıqların “Şimal-Cənub” marşrutunun planlaşdırılmasına təsiri haqda sualı cavablandırarkən bildirib ki: “Azərbaycanın siyasəti regionda sülhün qorunmasına yönəlib. Amma yeni reallıqlar bizim üzərimizə müəyyən məsuliyyət qoyur - indi yeni yollara kəskin ehtiyac var, ona görə də biz bütün istiqamətlərdə yüklərin vaxtında çatdırılmasını təmin etməliyik. Bu gün biz daşımaların dinamik artımını müşahidə edirik. Əgər ötən ilin 10 ayı ərzində 3 milyon 785 min 434 ton yük daşınıbsa, bu ilin analoji dövründə 6 milyon 273 min 947 ton olub. Daşımaların həcmi təxminən iki dəfə artıb və bu ilin sonuna qədər daha da artacaq”.

O, beynəlxalq dəhliz boyunca təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələdən danışıb: “Azərbaycan hökuməti həm sərhəddə, həm də ölkə ərazisində təhlükəsizliyin təşkili üçün bütün lazımi işləri görür. Səlahiyyətli dövlət qurumları gömrük xidməti ilə daim əlaqə saxlayır. Dövlət qurumları tərəfindən hərəkət qaydalarına, istər sanitariya normalarına, istərsə də təhlükəsizlik tədbirlərinə riayət edilir. Dövlət sərhədindən keçərkən müəyyən proseslər var, sərhəd və gömrük xidmətləri tərəfindən yoxlama, dəmir yolu xidmətləri tərəfindən nəzarət, indi əsas vəzifə bütün bu prosesləri birləşdirib sürətləndirməkdir. Bununla əlaqədar biz keçid məntəqələrində işi gücləndirməyi planlaşdırırıq. Məqsəd məhsulların daha tez keçidini təmin etməkdir”.

Xatırladaq ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan Respublikası, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna).

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930