• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Prezident Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvünü qəbul edib

Rəsmi xəbərlər 21 noyabr 2022
0
Prezident Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvünü qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.

"NewsCafe" xəbər verir ki, qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər, uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930