• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

Ərdoğan İlham Əliyevi təbrik edib

Rəsmi xəbərlər 21 noyabr 2022
0
Ərdoğan İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NewsCafe “Anadolu”ya istinadən xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident, əziz qardaşım,

Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərini və qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyiniz altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir.

Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib. Türkiyə ilə Azərbaycan arasındakı müstəsna əlaqələrə söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə tam əminəm. YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930