Prezidentin xüsusi nümayəndəsindən Qubadlı ilə bağlı paylaşım

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 25 oktyabr 2022
0
Prezidentin xüsusi nümayəndəsindən Qubadlı ilə bağlı paylaşım

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov 

tviter hesabında Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.

NewsCafe xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”.


Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31