• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Daxili xəbərlər 14 oktyabr 2022
0
TURAN-Bir İçim Sumu?! - YƏHYA BABANLI YAZIR

Turana qılıncdan daha kəskin, ulu bir qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Təkcə öz ölkəmizi götürsək illərdən bəridir ki, Turan adı insan, təşkilat, bank və müxtəlif idman komandalarına verilir. Təqdirəlayiqdir…

ƏtraflıZənnimizcə, bu əslində ad deyil, mahiyyət etibarı ilə müqəddəs Anddır.

Türk milli birliyini təcəssüm etdirən Turan ideyası müasir çağırışlar sırasında yer alıb və geniş əks-səda doğuran müzakirə mövzusuna çevrilib.

Turan coğrafi, tarixi, mənəvi, mədəni, dil və din vəhdəti, siyasi-ideoloji məqamların, iqtisadi-humanitar məramların, bir sözlə, ortaq dəyərlərin bütövlüyünü təzahür etdirən vahidlik Simvoludur.
Təbii ki, bu birlik ta qədim zamanlardan bu günədək bəşəriyyət üçün zəngin sivilizasiya bəxş edən bir etnosun həmrəyliyinə hesablandığına görə çox əlamətdir.

Amma, ancaq və lakin unutmayaq ki, Turan uzun-incə bir yoldur – böyük bir konseptdir!
Qlobal platforma və GƏLƏCƏKDİR.!

Bir sözlə, REALLIQDIR.

Bu nə bir içimlik sudur ki, qaba sığsın! Özü də nə quyu, nə də bulaq suyudur.

Bu nə də nəsli kəsilmiş canlı deyil ki, qırmızı kitaba düşsün! Hansısa pələngə ad kimi verilsin!

Gəlin, Turanı ciddi müzakirə mövzusuna çevirək, düşüncələrə təsir edək – şüurlara hopduraq.
Bu bir etnik-milli bütövlükdür – bəşəriyyət üçün unikal mədəniyyətdir. Planetar sülhə – təhlükəsizliyə və inkişafa yeni töhfədir.

Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31